“Narkomaniya ilə başlanan dostluq ölümlə bitər” adlı maarifləndirmə tədbir

01.11.2023- cü il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Rübabə Əhmədova, psixoloqlar Xavər Rzayeva və Bağdagül Əkbərlinin təşkilatçılığı ilə 7- ci sinif şagirdləri ilə “Narkomaniya ilə başlanan dostluq ölümlə bitər” adlı maarifləndirmə tədbiri keçirildi. Tədbirdə 7 L sinif şagirdləri Aslan Qənbərov və Yusif Cavadzadə birgə hazırladıqları təqdimatda narkomaniya haqüında ətraflı məlumatlar verdilər: Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifədir. Sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər arasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə bir dövlət siyasətidir. Cəmiyyətdə ağ ölüm kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsidir.