AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji muzeydə ekskursiya

    “Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair Təlimat” və “Zooparkda keçirilməsi tövsiyə edilən mövzulara əsasən 8m sinif şagirdləri sinif rəhbərinin başçılığı ilə AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji muzeyində ekskursiyada olublar.

     Muzey bələdçisi 8m sinif şagirdlərini eksponatlarla tanış edib və heyvanlar haqqında geniş informasiya verib.

     Hal-hazırda Zooloji muzeyin ekspozisiya fondunda Azərbaycanın və dünyanın heyvanlar aləmindən müqəvva, skelet, təpmə, yaş preparatdan ibarət və kolleksiya şəklində hazırlanmış 1703 eksponat sərgilənir. Onların 314 ədədi son 10 ildə muzeyin ekspozisiya fonduna daxil edilmişdir. Həmçinin eksponatlardan 257-si onurğalı heyvanların müxtəlif siniflərinə aiddir. Zooloji muzeyin kolleksiya fondu 295 növə aid 5984 quş təpməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi