eTwinning Plus layihəsində məktəbimizin komandası Milli Keyfiyyət Nişanına layiq görülüb

     Esep platformasından Milli keyfiyyət nişanımız da gəldi. Beş ölkənin (Macarıstan, İspaniya, Portuqaliya , iki Türk komandası, Azərbaycan ) iştirak etdiyi layihədə məktəbin komandası ilə iştirak edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəna Əbilovanın göstərdiyi fəaliyyətlər, şagirdlərimizin göstərdiyi əməkdaşlıq, yaradıcı təfəkkürkərini inkişaf etdirərək ingilis dilində yaratdıqları yeni şəkilli hekayə qiymətləndirilərək uğur qazandı. Bu layihədə 3 ay boyunca şagirdlər rəqəmsal bacarıqlarını inkişaf etdirərək padlet.com da özləri haqqında məlumat yüklədilər. Eyni zamanda ilk ayda hər komanda öz loqosunu yaratdı və bu ümumi səsverməyə çıxarıldı. Nəticədə bizim loqo qalib oldu və layihənin loqosu kimi seçildi. Bu layihədə iştirak edən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi