Sinif nümayəndəri ilə görüş

03.10.2023- cü il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Rübabə Əhmədova və psixoloq Xavər Rzayevanın təşkilatçılığı ilə 9-11-ci siniflərin sinif nümayəndəri ilə görüş keçirildi.
Pedaqoji prosesin iştirakçıları arasında qarşılıqlı münasibətlərin, özünə münasibətin, müəllim və şagird kollektivlərində şəxsiyyətlərarası münasibətlərin formalaşması təhsil müəssisələrində idarəetmənin əsas funksiyalarından biri olduğundan, bu istiqamətdə sinif nümayəndələrinin rolu böyükdür. Görüşün məqsədi siniflərdə olan problemlərin kökünü, səbəbini araşdırmaq və vaxtında həll etməyə çalışmaq idi. Sonda sinif nümayəndələrə sorğular paylandı.