"Mən hüquqlarımı bilirəm" adlı maarifləndirici tədbir keçirilib

Hər il 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, dəyirmi masa və sərgilər təşkil olunur. Noyabrın 14-də 245 saylı tam orta məktəbdə uşaq birliyi rəhbəri Məsmə Nəcəfovanın təşkilatçılığı ilə "Mən hüquqlarımı bilirəm" adlı  maarifləndirici tədbir keçirilib.

Tədbirdə aparıcı 7-ci sinif şagirdi Leyla Aydınlı şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verib.

Məktəbin 2, 3 və 4-cü sinif şagirdləri tərəfindən hazırlanmış bədii hissə istedadlı uşaqların çıxışları ilə davam etdirilib. Şagirdlər qonaqlara Uşaq Hüquqları Konvensiyası, uşaqların yaşamaq, təhsil, inkişaf, müdafiə, tibbi yardım və s. hüquqları haqqında fikirlərini maraqlı səhnəciklərlə nümayiş etdiriblər.

7-ci sinif şagirdi əfqanıstanlı Aqsa Obaid çıxışında qeyd edib ki, çox təəssüflər olsun ki, müharibələr və ya hər hansı qarşı durmalar zamanı ən çox əziyyət çəkən uşaqlar olur. Bəziləri valideynlərini itirir, bəziləri isə öz həyatlarını.....

Bu zaman uşaqların yaşamaq hüququ  tapdalanır.

7-ci sinif şagirdi Hüseyn Məmmədli öz məlahətli səsi ilə "Ağlamasın uşaqlar" və "Xoşbəxt olsun uşaqlar" mahnısını ifa edib.

 “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.

Eyni zamanda aylığın keçirilməsi ilə əlaqədar məktəbdə maarifləndirmə işləri, rəsm müsabiqələri, sərgilər təşkil olunub.

Tədbirin sonunda uşaqlar dünya uşaqlarının irqindən, dərisindən, rəngindən, cinsindən, dilindən, dinindən asılı olmayaraq eyni hüquqa malik olduğunu qeyd edib, “Dostluq himni” musiqisinin sədaları altında tədbir yekunlaşıb. Tədbirdə iştirak edən uşaqlara Təşəkkürnamə təqdim edilib, xatirə şəkli çəkilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi