"Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

07.06.2022-ci il tarixində Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında təşkil olunan "Şuşa İli"nə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

245 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Hüseyn Məmmədli ifa nominasiyası üzrə 11-14 yaş qrupunda ümumilikdə 10000-dən çox istedadlı şagird arasından seçilərək III yerin qalibi olmuşdur. Hüseyni məktəb rəhbərliyi adından təbrik edirik, uğurları davamlı olsun.

Festival-müsabiqənin məqsədi uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, incəsənətin və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətini inkişaf etdirmək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi