"1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş tədbir keçirilib

İyunun 1-də Uşaq birliyi rəhbəri Məsmə Nəcəfovanın təşkilatçılığı ilə 245 saylı tam orta məktəbdə “1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbiri keçirildi.
Tədbirdə məktəbin direktoru Arzu Azadəliyeva, müəllim və şagird kollektivi, valideynlər iştirak etdi. Uşaqlar asfalt üzərində 1 iyuna həsr olunmuş rəsmlər çəkiblər. Bayram tədbirində şagirdlərin  ifasında rəngarəng rəqslər, şeirlər və kompozisiyalar tədbirdə iştirak edən qonaqların alqışları ilə  qarşılanmışdır.

Məktəbin direktoru Arzu Azadəliyeva çıxış edərək uşaqların bayramını təbrik edib, onlara gözəl gələcək arzulayıb. Tədbirin sonunda tədbir iştirakçıları diplomla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi