Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib

Mayın 8-də Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci  ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirdə ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, eyni zamanda Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışılıb. Qeyd ounub ki, indi ulu öndərin ruhu şaddır, çünki ilk dəfə olaraq biz ümummilli liderin anım gününü onun görmək istədiyi, torpaqları işğaldan azad olunmuş Azərbaycanda qeyd edirik. Ümummilli Liderin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 44 gündə son qoyulmaqla şanlı tariximizə əbədi həkk olunan möhtəşəm zəfər salnaməsinin yazıldığı diqqətə çatdırılıb.

Tədbirdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən təqdimatlar nümayiş olunub. Ulu Öndərə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi