Distant təhsil

     Bildiyiniz kimi mart ayının 3-dən koronovirus təhlükəsinə görə bütün təhsil məssisələrində Təlim-tədris dərsləri dayandırıldı. 
     4447 orta məktəbdə 1.5 milyon şagird, 50 – dən  çox ali təhsil müəssisəsində 165 min tələbə, kollec və peşə təhsili müəssisələrində 30 minə qədər təhsil alan üçün aktiv tədris prosesi dayandı və onlar normal dərs cədvəlindən geri qaldılar, lazimi bilik və bacarıqlara yiyələnməkdə fasilə yarandı. 
     Bu zaman bu qədər təhsil alana müəllim heyyəti digər, alternativ resurs və imkanlardan istifadə edərək minimum bilikləri verməli, öyrəndiklərinin yaddan çıxmamasını təmin etməlidir.

     Təhsil Nazirliyi də bunu çevik qərarla həyata keçirdi. Yəni “Mədəniyyət” tv və “ARB Günəş” tv vasitəsi ilə Tele Dərslər təşkil etməklə orta məktəb şagirdlərinin əsas fənlər üzrə zəruri biliklərini nəzarətdə saxladı. Yəni öz vəzifəsinin öhtəsindən gəldi.

    Artıq bir neçə həftədir ki, 245 nömrəli məktəbin müəllim heyəti distant təhsilə keçmiş, şagirdlərin bilik və bacarıqlarını qiymətləndirməklə yanaşı, onların asudə vaxtlarının səmərəli keçmələrini təmin etmişdirlər. Distant təhsil "zoom" , "whatsapp" , "skype" vasitəsilə müəllimlər tərəfindən həyata keçirilir. Distant təhsil, məktəb şagirdlərinin maraq dairələrini genişləndirmiş, yüksək dəyərləndirilmişdir. Onlar subyektiv fikirlərini rahat şəkildə ifadə edir, fikir mübadiləsi yaradaraq bilmədiklərini öyrənməyə çalışırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi