Kiçik Akademiyanın iclası keçrildi

Noyabrın 26-da 245 N-li tam orta məktəbdə faəliyyət göstərən "Kiçik Akademiya"nın iclası keçirilib. Məktəbin “Kiçik Akademiya”sı çərçivəsində təşkil olunan iclasda müəllimlər, kiçik akademiyanın üzvləri və şagirdlər iştirak ediblər. Məktəbin direktoru Arzu Azadəliyeva Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan “Kiçik Akademiya”ların əsas məqsədinin yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsindən ibarət olduğunu bildirib. Müasir elmi tədqiqatların məzmununun əhəmiyyətli dəyişməsini və innovativ tədqiqat metodologiyalarının tətbiqinin geniş vüsət aldığını qeyd edən edən Arzu Azadəliyeva elmi-nəzəri iclasın şagirdlərin tədqiqatyönümlü layihələrə cəlb olunması baxımından vacibliyini diqqətə çatdırıb. Məktəbin “Kiçik Akademiya”sı haqqında məlumat verən akademiyanın vitse prezidenti Nuridə Həsənova elmi-tədqiqat fəaliyyətinə marağı olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılmasında və onların fəaliyyətlərinin stimullaşdırılmasında iclasın mühüm rol oynadığını bildirib. Sonra məktəbin VI sinif şagirdi Leyla Aydınlı ““İnsklüziv təhsil”, VIII sinif şagirdi Ömər Səbzəliyev və Cavid Həsənov “Səslə mətn yazmaq”, VIII sinif şagirdi Xədicə Əliyeva “Yazıçılıq və teatr klubu”, “Kitabqurdları”, IX sinif şagirdi Ayan Həmidova “Müasir dövrdə ekologiya problemləri”, IX sinif şagirdi Emil Əliyev “Kəpəyə qarşı dərman”, X sinif şagirdi Fidan Heydərli “Speaking lesson”, X sinif şagirdləri Rəsul Fərhadlı, İsmayıl Quliyev "Çox funksional robot" mövzularında layihələrlə çıxış ediblər. Layihələr ətrafında aparılan müzakirələrdə şagirdlərin elmi işləri yüksək qiymətləndirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi