Rəkidə Şəlalə Kamil qızı 1966-cı il mayın 5-də Bakı şəhərində anadan olmuşdur.1973-1983-cü illərdə Bakı şəhəri, Binəqədi rayonu 244 saylı orta məktəbdə oxumuşdur.1984 ildə Ç.İldırım adına Azərbaycan politexnik institutuna daxil olmuş və 1989 ildə həmin institutu bitirmişdir. 02oktyabr 1995-ci ildə Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutuna daxil olmuş,1996-cı ildə informatika və EHM ixtisasını bitirmişdir.1996-cı ildən Bakı şəhəri,Binəqədi rayonu Ə.Ələsgərov adına 244 saylı orta məktəbdə informatika müəllimi vəzifəsində işləyir.
Həsənzadə Günel Kinyaz qızı 1991-ci il 05 oktyabrda Azərbaycan Respublikası Bərdə rayonu Balabəyli kəndində anadan olub. 2009-cu ildə Bakı şəhəri 46 nömrəli orta məktəbi bitirib. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun (Gəncə Filialı) Pedaqogika və Filologiya fakultəsinə daxil olub və 2014-cü ildə həmin ali məktəbi bitirib. 2016-cı ildən Bakı şəhəri Binəqədi rayon 244 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır.
Aytən Nadir qızı Kərimzadə 5 sentyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə Arif Vəliyev adına 258 nömrəli məktəbi bitirib. 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi fakültəsinə daxil olub və 2017-ci ildə oranı bitirib. Hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu 244 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi kimi çalışır.
Mustafayeva Əfsanə Zöhrab qızı 28.12.1988-ci ildə Şəki şəhərində anadan olmuşdur.1996-cı ildə Şəki şəhərində anadan olmuş ,1996-cı ildə Şəki şəhər orta məktəbinin 1-ci sinfinə daxil olmuş,2007-ci ildə məktəbi bitirmişdir.2008-ci ildə AMİ-nin ibtidai sinif müəllimliyi ixtisasına qəbul olunmuş,2012-ci ildə bitirmişdir.2013-2017-ci ilə qədər Bakı şəhəri 251saylı məktəbdə ,2017-2018-ci tədris ilində 126saylı məktəbdə müəllim kimi fəaliyyət göstərmişəm.Hal –hazırda 244saylı məktəbdə ibtidai sinif müəllimi işləyirəm .
Quliyeva İzafə İbrahim qızı 01.01.1961-ci ildə Qubadlə rayon Xocik kəndində anadan olub. 1967-1977-ci illərdə Balasoltanlı kənd orta məktəbin bitirib. 1977-1978-ci ilə qədər Balasoltanlı kənd orta məktəbində Pioner Baş dəstə rəhbəri işləyib. 1978-1981-ci illərdə Şəki pedoqoji məktəbin bitirib. 1981-1982-ci illərdə Balasoltanlı kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləyib. 1982-1989-cu illərdə Xəndək kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləyib. 1989-1993-cü illərdə Qubadlı rayon Q.İlyasov adına orta məktəbdə ibtidai sinif müəlliməsi işləyib. 1995-ci ildən T.Heybətov adina 126 №li məktəbdə ibtidai sinif müəlliməsi işləyib. 2018-ci ildən Əsəd Ələskərov adına 244 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.
Qasımova Tamara İsmayıl qızı 21.04.1962-ci ildə Qazaxıstan Respublikasının Temirtau şəhərində anadan olub. 1969-cu ildə Gəncə şəhərində 39 nömrəli məktəbə daxil olmuş, 1979-cu ildə məktəbi bitirmişdir. Həmin ildə Bakı şəhərində yerləşən Bakı Slavyan Universitetinə qəbul olub. 1984-cu ildə universiteti bitirmiş, 1984-1994-cü illər ərzində Gəncə şəhərində 18 nömrəli məktəbdə rus dili və ədəbiyyatı ixtisası üzrə müəllimə işləyib. 1984-cü ildən 1989-cu ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Rus dili kafedrasında müəllimə işləyib. 1985-ci ildə "Şərt budaq cümləsi" mövzusu üzrə elmi iş yazmış, Gəncə şəhərində keçirilmiş beynəlxalq konfransda həmin elmi işi məruzə etmişdir. Bundan əlavə bir neçə elmi məqalə, oçerk, mühazirə və tezislərin müəllifidir. 1985-1986-ci illərdə işıq üzü görən "Rus dili və ədəbiyyatı Azərbaycan auditoriyası üçün" adlı jurnalda davamlı olaraq məqalələri dərc olunub. 1994-cü ildə Bakı şəhərinə köçmüş, 276 nömrəli məktəbdə rus dili və ədəbiyyatı müəlliməsi işləyib. "Uşaq şəxsiyyətinin formalaşmasında müəllim-şagird münasibətinin rolu" adlı mühazirə yazmışdır. 2014-cü ildə ibtidai sinif müəllimliyi ixtisasına yiyələnmiş, həmin ildə 276 nömrəli məktəbdə və İdrak liseyində bu ixtisas üzrə fəaliyyət göstərmiş 2017-ci ildə Müəllimlərin İşə Qəbulu üzrə təşkil olunmuş imtahanda iştirak etmiş, 244 nömrəli məktəbə daimi ştat üzrə işə qəbul olunub. Hal-hazırda ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Bir sıra konfrans və seminarlarda iştirak etmiş, sertifikatlarla təltif olunmuşdur. 2023-cu ildə Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanında könüllü olaraq iştirak etmiş, uğurlu nəticə əldə etmişdir.
Kazımova Gülnarə Tariyel qızı 09.03.1966-ci ildə Ukrayinanın Jitomir şəhərində anadan olub. 1972-1982-ci illərdə Bakı şəhəri, Binəqədi rayonu 126 №li məktəbi bitirmişdir. 1982-1984-cü illərdə Ukrayinanın Jitomir şəhərində pedaqoji məktəbi bitirib. 1984-cü ildə intenat məktəbində işləyib. 1986-cı ildə Nərimanov rayonunda m.mk tabelçi işləyib. 1995-ci ildə 126 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyib. 2018-ci ildən Əsəd Ələskərov adına 244 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.
Məmmədova Sevinc Məmməd qızı 29.07.1977-ci ildə Sabirabad rayonunda anadan olub. 1995-ci ildə ADPU-nə qəbul olub və 1999-ci ildə bitirib. 1999-ci ildə 126 №li məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində çalışıb. 2018-ci ildə Əsəd Ələskərov adına 244 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir
Məhərrəmov İlqar Ənvər oğlu 17.10.1960-ci ildə Şamaxı şəhərində anadan olub. 1967-1977-ci illərdə 126 saylı tam orta məktəbində təhsil alıb. 1977-1981-ci illərdə Azərbaycan DBTİ-na daxil olub, bitirmişdir. 1986-1994-cu illərdə Binəqədi rayonu,267 saylı orta məktəbdə fiziki tərbiyə üzrə müəllimə işləyib. 2018-ci ildən Əsəd Ələskərov adına 244 №-li tam orta məktəbdə idman müəllimi kimi fəaliyyət göstərir
244 №-li tam orta məktəb 1968-ci ildə istifadəyə verilib. Məktəb Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Əsəd Ələskərovun adını daşıyır. Məktəb bir tipli layihə əsasında inşa edilib. 1700 yerlikdir. Məktəbdə 99 sinif otağı , fizika , ...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi