“İnsan və onun sağlamlığı” mövzusunda "Dəyirmi masa" oldu

May ayının 22-si məktəbimizdə “İnsan və onun sağlamlığı” mövzusunda "Dəyirmi masa" oldu. Dəyirmi masanı məktəbin biologiya müəllimi F.İ.Əliyeva giriş sözü ilə açdı. 9-cu sinif şagirdləri Şəbiyeva Aytac, Nəcəfli Ülkər, Dadaşova Fatimə, Rüstəmova Solmaz, Kazımova Aynur, Yaqubova Günel sağlamlıqla bağlı bir-birindən maraqlı çıxışlar etdilər. Xüsusən Rüstəmova Solmaz və Kazımova Aynur yadda qalan çıxışları ilə şagirdlərin diqqətini cəlb etdi. S.Rüstəmova məktəblinin gün rejimi və sağlamlığı haqqında geniş danışdı, verilən sualları cavablandırdı. A.Kazımova “Vitaminlər və onların əhəmiyyəti” haqqında danışdı və daha sonar topladığı dərman bitkiləri haqqında məlumat verdi. S.Rüstəmova son illər daha çox yayılmış piylənmə və qurd xəstəlikləri haqqında danışdı. Daha sonra Dadaşova Fatimə “Zərərli vərdişlərin insane təsiri” haqqında danışdı, siqaretin, alkoqolun, narkotikin insane orqanizminə mənfi təsir etməsindən bəhs etdi, geniş diskussiya başlandı. Suallar verildi, cavablar dinlənildi. Müəllim düzgün qidalanmanın xüsusiyyətlərindən danışdı. “Sağlam bədəndə sağlam ruh olar.” , “Sağlam düşüncə sağlam beynin məhsuludur” kimi atalar sözləri geniş təhlil olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi