Kiçik Akademiya

”Zəfər tariximizi yazan igidlər” mövzusunda inşa yazı müsabiqəsi keçirilib”Zəfər tariximizi yazan igidlər” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. 29 sentyabr 2021-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri tərəfindən 10- cu siniflər üzrə "Zəfər tariximizi yazan igidlər" mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqə "Kiçik Akademiya"nın humanitar fənlər üzrə vitse-prezidenti Şabanova Şəlalə müəllimə tərəfindən təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması,onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycanın tarixi qələbəsini təbliğ etmək, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır. Müsabiqədə 15 nəfər şagird könüllülük prinsipi əsasında iştirak edib. Yazı işləri məktəb daxilində yaradılmış komissiya tərəfindən qiymətləndirilərək, Iyer,II yer və III yerin qalibləri rəğbətləndirilib.

Ətraflı

Hərbi Qənimətlər Parkına və II Fəxri Xiyabana ziyarət ediblibMəktəbin hərbi rəhbəri ,tərbiyə işləri üzrə direktor müavini və"Kiçik Akademiya" nın prezidenti İbrahimova Nuranə Rafail qızının təşkilatçılığı ilə VI-VII-VIII sinif şagirdlərini 44 günlük Vətən Savaşımızda əldə olunan Qələbəyə həsr edilən Bu gün məktəbin hərbi rəhbəri ,tərbiyə işləri üzrə direktor müavini ,sinif rəhbərlərinin təşkilatçılığı ilə VI-VII-VIII sinif şagirdlərini 44 günlük Vətən Savaşımızda əldə olunan Qələbəyə həsr edilən Hərbi Qənimətlər Parkına və II Fəxri Xiyabana ziyarət ediblər. Uşaqlar II Fəxri Xiyabanda Azərbaycan Ordusunun yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov , baş leytenant Vüsal Babayevin və "Vətən müharibəsi"ndə qəhrəmancasına şəhid olan digər şəhidlərimizin məzarlarını ziyarət ediblər. Onlar şanlı ordumuzun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin, o cümlədən erməni silahlı qüvvələrinin terror niyyətinin və vəhşiliklərinin nümunələri ilə tanış olublar. 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. Gəzinti zamanı məktəbimizin hərbi rəhbəri Xanlar Əsgərov hərbçilərimizin qəhrəmanlığı, məhv edilmiş və hərbi qənimət kimi ələ keçirilmiş düşmənə məxsus müxtəlif tipli hərbi texnikalar, silahlar, döyüş postları və müdafiə sədləri barədə ətraflı məlumat verib. Uşaqlar II Fəxri Xiyabanda Azərbaycan Ordusunun yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov , baş leytenant Vüsal Babayevin və "Vətən müharibəsi"ndə qəhrəmancasına şəhid olan digər şəhidlərimizin məzarlarını ziyarət ediblər. Onlar şanlı ordumuzun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin, o cümlədən erməni silahlı qüvvələrinin terror niyyətinin və vəhşiliklərinin nümunələri ilə tanış olublar. 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. Gəzinti zamanı məktəbimizin hərbi rəhbəri Xanlar Əsgərov hərbçilərimizin qəhrəmanlığı, məhv edilmiş və hərbi qənimət kimi ələ keçirilmiş düşmənə məxsus müxtəlif tipli hərbi texnikalar, silahlar, döyüş postları və müdafiə sədləri barədə ətraflı məlumat verib

Ətraflı

"Kiçik Akademiya"nın üzvləri ilə breyn- rinq yarışması keçiribMəktəbin İllik Fəaliyyət Planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq vərdişlərə yiyələnmə imkanlarının artırılması məqsədilə məktəbimizdə fənn aylıqları keçirilməkdə davam edir. Fevral ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, leksik oyunlar,debat və dəyirmi masaların,inşa müsabiqəsi ,breyn-rinq yarişların keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki,bu gün Azərbaycan dili və ədəbiyyat müəllimi Şabanova Şəlalə humanitar fənn üzrə "Kiçik Akademiya"nın üzvləri ilə breyn- rinq yarışması keçirib.Sonda qalib olan komanda məktəb rəhbərliyi tərəfindən qiymətləndirilib.

Ətraflı

“20 Yanvar faciəsindən otuz il keçir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib13.01.2020-ci il tarixində “20 Yanvar faciəsindən otuz il keçir” mövzusunda V-VII sinif şagirdlərinin iştirakı ilə inşa-yazı müsabiqəsi keçirilib.Müsabiqə "Kiçik Akademiya"nın humanitar fənlər üzrə vitse-prezidenti Şabanova Şəlalə müəllimə tərəfindən təşkil olunub. Bu müsabiqədə 20 nəfər şagird könüllülük prinsipi əsasında iştirak edib. Yazı işləri məktəb daxilində yaradılmış komissiya tərəfindən qiymətləndirilərək, Iyer,II yer və III yerin qalibləri rəğbətləndirildi.

Ətraflı

"Kiçik Akademiya" nın riyaziyyat və informatika fənni üzrə vitse-prezidentiƏliyeva Naidə Şafan qızı 1990-cıildə Novoçerkassk Politexnik İnstitutunu bitirib.1990-cı ildə 243 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayıb.İş stajı 29 ildir.Səmərəli fəaliyyətinə görə dəfələrlə fəxri-fərmanla təltif edilib.Məktəbdə yaradılan"Kiçik Akademiya" nın riyaziyyat və informatika fənni üzrə vitse-prezidentidir.

Ətraflı

"Kiçik Akademiya" nın humanitar fənlər üzrə vitse-prezidenti"Kiçik Akademiya" nın humanitar fənlər üzrə vitse-prezidenti Şabanova Şəlalə Rasim qızı 1992-ci ildə Bakı Dövlət Universitetini bitirib.1995-ci ildən 243 nömrəli tam orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb.2003-cü ildə "Kövrək xatirələr,həzin düşüncələr"adlı şeirlər kitabı cap olunub.İşlədiyi müddət ərzində pedaqoji sahədə səmərəli fəaliyyətinə, gənc nəslin təlim tərbiyəsində qazandığı uğurlara görə dəfələrlə fəxri-fərmanla təltif olunub.

Ətraflı

"Kiçik Akademiya" nın prezidenti"Kiçik Akademiya" nın prezidenti İbrahimova Nuranə Rafail qızı 2006-cı ildə Azərbaycan Dövlət Pedoqoji Universitetini bitirib.2008-ci ildə 243 nömrəli tam orta məktəbdə pedoqoji fəaliyyətə başlayıb.Gənc kadr kimi pedaqoji sahədə səmərəli fəaliyyətinə görə məktəb rəhbərliyi tərəfindən dəfələrlə fəxri-fərmanla təltif olunub.Məktəbdə yaradılan "Kiçik Akademiya" nın təbiət fənləri üzrə vitse-prezidentidir. .

Ətraflı

"Kiçik Akademiya" yaradılıb20.09.2019-cu il tarixindən 243 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın yaradılması hümanitar, riyaziyyat və informatika, təbiət fənləri üzrə təmin edilib. Təbiət fənləri üzrə "Kiçik Akademiya" nın prezidenti İbrahimova Nuranə Rafael qızı, Şabanova Şəlalə Rasim qızı humanitar, Əliyeva Naidə Şafan qızı riyaziyyat , Vəkilova Tükəzban Mehralı qızı informatika fənləri üzrə vitse- prezidentlər təyin edilib. "Kiçik Akademiya"ya cəlb olunan istedadlı şagirdlər:

Ətraflı
HAQQIMIZDA

Pirallahı rayonu 243 nömrəli tam orta məktəb 11 yanvar 1969-cu ildə yaranıb. Ərazidə başqa məktəblərdən fərqli olaraq, məktəb öz geniş sinif otaqları, idma...

BİZİM FƏXRLƏRİMİZ

Vəli Bayramov İlqar

Şahin Əliyev Natiq

HAQQIMIZDA

Pirallahı rayonu 243 nömrəli tam orta məktəb 11 yanvar 1969-cu ildə yaranıb. Ərazidə başqa məktəblərdən fərqli olaraq, məktəb öz geniş sinif otaqları, idma...

BİZİM FƏXRLƏRİMİZ

Vəli Bayramov İlqar

Şahin Əliyev Natiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi