HAQQIMIZDA

Pirallahı rayonu 243 nömrəli tam orta məktəb 11 yanvar 1969-cu ildə yaranıb. Ərazidə başqa məktəblərdən fərqli olaraq, məktəb öz geniş sinif otaqları, idman zalı, möhtəşəm akt zalı, kitabxanası ilə fərqləndiyi üçün burada təhsil alanlar yaradılmış şəraitdən həmişə razı qalıblar. 2012-ci ildə məktəb əsaslı təmirə dayanmış,məktəbin daxili və xarici siması daha da yaxşılaşmışdır. Məktəbin su təchizatı yaxşılaşmış, istilik sistemi yenilənmiş, ətrafına yaşıllıq salınmışdır. Məktəbin pedaqoji kollektivinin sayı 29, təhsil alan şagirdlərin sayı isə 200-dür Fəaliyyətinin bütün dövrlərində 243 nömrəli məktəbin pedaqoji kollektivi, şagirdləri rayonun bütün tədbirlərində fəal iştirak ediblər. Bunlardan bilik və idman yarışlarını bayram tədbirlərini, olimpiadaları, məktəbin məzunlarının ayrı-ayrı illərdə qəbul imtahanlarında göstərdiyi yüksək nəticələrini xüsusilə qeyd etmək lazımdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi