" Mənəvi dəyərlərimizi qoruyaq " başlığı altında keçirilən tədbir

24.04.2025-ci il tarixində" Mənəvi dəyərlərimizi qoruyaq " başlığı altında keçirilən tədbirlər çərçivəsində məktəbin kitabxana müdiri Naidə Ağarəhimova və UBTR Zahidə Zabraliyeva tərəfindən Pirallahı Rayon Kütləvi Kitabxanasına ekskursiya təşkil edildi.
Fəal oxucular -5,7 və 9-cu sinif şagirdləri,rayon kitabxanasının mehriban kollektivi tərəfindən yüksək səviyyədə qarşılandı .Kitabxananın direktoru kitabxana fondunda olan müxtəlif janrlı kitablar və dövri mətbuat haqqında ətraflı məlumat verdi,şagirdlərə mütaliyənin faydalarından söhbət açdı.