Adınla bağlıdır Vətənin adı, ey Ulu Öndər!

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam! Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir!" Ulu öndərimizin məhz bu möhtəşəm sözləri ilə may ayının 5-i məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim heyəti, şagirdlər və müəllimlər iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tarverdili Vaqif açıq elan etdi. Sonra aparıcılar Şəbiyeva Aytac və Vəliyev Elgün Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdilər. Daha sonra 3-cü, 5-ci, 8-ci sinif şagirdləri Ümummilli Liderə həsr olunmuş bədii-ədəbi kompozisiya ilə çıxış etdilər. Bir-birini əvəz edən şeir parçaları, 9-cu sinif qızlarının ifasında səslənən mahnılar Ulu Öndərin çətin və mənalı həyatından bəhs edirdi. Sonda məktəbin birinciləri "Heydər babanın nəvələriyik" mahnısını böyük ruh yüksəkliyi ilə ifa etdilər. Tədbirdə iştirak edən qonaqlar bu çıxışları çox bəyəndilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi