"15 Sentyabr Bilik Günü" və yeni tədris ilinin başlanması münasibətilə təntənəli tədbir keçirildi

16.09.2024-cü il tarixində məktəbin UBTR -i Zahidə Zabraliyeva və ibtidai sinif müəllimi Vüsalə Mütəllimovanın birgə təşkilatçılığı ilə "15 Sentyabr Bilik Günü" və yeni tədris ilinin başlanması münasibətilə təntənəli tədbir keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlanan bu tədbirdə Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra aparıcılar sözü məktəbin direktoru Mehparə Mansırovaya təqdim etdilər. O da öz növbəsində kollektiv üzvlərini və körpə birinciləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. Tədbirdə Rayon icra aparatı nümayəndələri və Təhsil İşçilərinin Azad Həmkarlar Təşkilatının sədri Arzu Cahangirova da iştirak etmişdir.
Tədbirdə vətənpərvərlik, müəllim və məktəbə həsr olunmuş mahnı və şeirlər ifa edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi