General Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş "Ümumi Fiziki Hazırlıq"yarışı keçirildi

04.06.2024-cü il tarixində 243 nömrəli tam orta məktəbin 4,5,6,7,8,9,10,11-ci sinif şagirdləri arasında General Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş "Ümumi Fiziki Hazırlıq"yarışı keçirildi .5qat dünya çempionu, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Vahid Hüseynov tərəfindən təşkil edilmiş bu yarışda iştirakçılar müxtəlif idman normativlərin yerinə yetirdilər.Münsiflər heyətinə Pirallahı rayonu icra başçısı yanında Veteranlarla iş şöbəsinin müdiri Sübhay Məmmədov, məktəbin direktoru Mehparə Mansırova,UBTR-i Zahidə Zabraliyeva,məktəbin psixoloqu Lalə Yahyayeva,hərbi rəhbər Xanlar Əsgərov və Fiziki tərbiyə müəllimi Məhbubə Vəliyeva daxil idi.
Sonda 3 normativ üzrə :turnirdə dartınma,çəkinmə və qaçış üzrə normativ nəticələri müqayisə edildi və şagirdlər yaş kateqoriyaları üzrə medallar və fəxri fərmanlarla təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi