10 oktyabr psixi saglamliq gunu ile bagli sagirdlerle maariflendirici seminar

10 Oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günüdür

1992-ci ildən etibarən hər il 10 oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Gününün ümumi məqsədi bütün dünyada psixi sağlamlıq problemlərinə dair məlumatlılığı artırmaq və psixi sağlamlığı dəstəkləmək üçün səyləri səfərbər etməkdir. 
    Bu məqsədlə,10 oktyabr 2023-ci il tarixində məktəbin psixoloqu Lalə Yəhyayeva tərəfindən 5-ci sinif şagirdləri ilə maarifləndirici seminar keçirildi. Seminarda  psixi sağlamlığın əlamətləri: özünüdərk və qiymətləndirmə, ünsiyyət qura bilmə və ondan zövq ala bilmə, sağlam qidalanma və rahat yuxu, hisslərin dərki və ifadəsi, emosional stabilliyi, həyatda məna və məqsədin olması, aktivlik və istirahət arasındakı tarazlıq və s. şagirdlərə izah olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi