Cəbrayıl şəhəri günü münasibətilə tədbir keçirildi

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 3-cü ildönümüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.                 
     Bu münasibətlə 04.10.2023- cü il tarixində məktəbin foyesində UBTR Zahidə Zabraliyeva tərəfindən  tədbir keçirildi. İlk öncə Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Cəbrayıl rayonu haqqında, onun tarixi və işğaldan azad olunması barədə məktəbin tarix müəllimi Famil Hüseynov geniş məlumat verdi.
   Sonda şagirdlərin ifasında Vətənpərvərlik ruhunda şeirlər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi