“Vətənin qəhrəman oğulları" mövzusunda sinif təşkilat saatı keçirilib.  

27 sentyabr 2023-cü il tarixində məktəbin ibtidai sinif müəllimləri Zəburə Əliyeva  və Vüsalə Mütəllimovanın  təşkilatçılığı ilə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə  həsr olunmuş “Vətənin qəhrəman oğulları" mövzusunda sinif təşkilat saatı keçirilib.    
Tədbirdə qeyd olunub ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının qəhrəmanlığını yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində igidlik göstərərək döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin  dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına alı ehtiramın göstəricisidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi