“Qalib Azərbaycan xalqı” mövzusunda sinif təşkilat saatı keçirilib.

Sentyabrın 27- də məktəbin ibtidai sinif müəllimi Rübabə Zeynalovanın təşkilatçılığı ilə  “Qalib Azərbaycan xalqı” mövzusunda sinif təşkilat saatı keçirilib.
   Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.
  Tədbirdə qeyd olunub ki, 44 günlük Vətən müharibəsində uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Həmçinin bildirilib ki, qədirbilən xalqımız hər zaman 27 Sentyabr – Anım Gününü dərin ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan Şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi