15 Sentyabr-Bilik Günüdür!

  Bu gün Azərbaycan Respublikasının bütün ümumtəhsil məktəblərində olduğu kimi 243 n-li tam orta məktəbdə də "Bilik Günü" təntənəli şəkildə keçirildi. 

 "Bilik Günü" Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı.Vətənin bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

 Sonra məktəbin direktoru Mehparə Mansırova tədbir iştirakçılarını salamlayaraq bütün şagirdləri,müəllimləri və valideynləri yeni 2023-2024-cü tədris ilinin başlanması münasibəti ilə təbrik etdi.İlk dərslərin "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunmasını diqqətə çatdırdı.

Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi İsmayıl Əliyev çıxış edərək,bütün şagirdlərə uğurlar arzuladı.

Daha sonra şagirdlərin ifasında bədii hissə təqdim olundu.İlk zəngin çalınması ilə tədris ilinin ilk dərsi başlandı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi