27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub.

27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində eləcə də 243 nömrəli tam orta məktəbdə idman həftəsinə start verilib.

Layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq I-XI sinif şagirdlərinin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilir.

"İdman həftəsi"nin 1-ci günü

1. Səhər gimnastikası

2. İdman növləri haqqında mövzular

3. İdmançıların yarışa hazırlığının psixoloji yanaşması

"İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi