İbtidai siniflər üzrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram şənliyi keçirildi

Dekabrın 30-da məktəbin I-IV sinif şagirdləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram şənliyi keçirdilər. Məktəbin UBTR və ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə hazırlanmış tədbirdə valideynlər də iştirak edirdi.

Tədbir boyu balaca istedadların ifasında şeir və mahnılar səslənildi. Tədbirə Şaxta baba və Qar qız da təşrif buyuraraq uşaqları əyləndirdilər. Çıxış edən məktəbin direktoru Mehparə Mansırova şagirdləri təbrik edərək onlara dərslərində müvəffəqiyyətlər arzuladı.

Bu gözəl şənliyə görə UBTR və ibtidai sinif müəllimlərinə öz təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi