Valideyn iclası keçirilib

22 dekabr 2022- ci il tarixində X-XI siniflərində valideyn iclası keçirilib. İclasda məktəb rəhbərliyi və sinif rəhbərləri iştirak edib.

İclas zamanı şagirdlərin dərsə davamiyyəti, məktəbli forması, nizam-intizam məsələləri müzakirə olunub. Məktəbin direktoru Mehparə Mansırova ailədə sağlam psixoloji mühitin şagirdlərin formalaşmasında rolu və digər vacib məsələlər haqqında söhbət aparıb.Valideynlərin fikirləri dinlənilib ,onları maraqlandıran suallara cavab verilib .

Məktəbin direktor müavinləri bildirib ki, şagirdlərin təlim-tərbiyəsində valideynlərlə məktəbin əməkdaşlığı vacibdir.Valideyn iclaslarının keçirilməsində əsas məqsəd valideynlərin məktəb həyatında fəal iştirakını təmin etmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi