"Müstəqilliyin Bərpası Günü" və 17 oktyabr Fizulinin azad edilməsinin ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bu gün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəlalə Şabanovanın təşkilatçılığı ilə Azərbaycan tarixinin ən mühim günlərindən biri olan - 18 oktyabr - "Müstəqilliyin Bərpası Günü" və 17 oktyabr Fizulinin azad edilməsinin ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi ilə başladı.

Tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Pirallahı rayon İcra Hakimiyyətinin Vətən muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təskili şöbəsinin müdiri və Vətən muharibəsi qazisi Supay Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı rayon Komitəsinin sədri Arzu Cahangirova,müharibə iştirakçıları və qazi məzunlarımız iştirak ediblər.

Tədbirdə məktəbin III- XI sinif şagirdləri şeir ,mahnı və kompozisiya ilə çıxış ediblər. Tədbirin sonunda qonaqlarla birgə xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi