Cəbrayıl şəhərinin işğaldan azad olunmasının 2-ci ildönümünə həsr edilmış tədbir keçirilib

Məktəbin UBT rəhbəri Zahidə Zabraliyevanın təşkilatçılığı ilə 04 oktyabr tarixində Cəbrayıl şəhərinin işğaldan azad olunmasının 2-ci ildönümünə həsr edilmış tədbir keçirilib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən tarix müəllimi Famil Hüseynov bildirib ki, ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində ötən ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuz 30 illik həsrətə son qoyaraq şanlı 44 gün ərzində qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad ediblər. Sonda şagirdlər Vətənə,Azərbaycana həsr olunmuş seirlər söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi