Məktəbdə "Son zəng"tədbiri keçirilib

   Hər il olduğu kimi bu il də buraxılış günü münasibəti ilə ənənəvi olaraq məktəbimizdə son zəng tədbiri keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, məktəb rəhbərliyi, İkinci Qarabağ müharibəsində iştirak edən qəhrəman, vətənpərvər məzunlarımız və valideynlər  iştirak edirdilər.Tədbir açıq elan edildikdən sonra Respublikanın Dövlət Himni səsləndi. Aparıcılar ilk sözü məktəbin direktoru Elnur Bayramova verdilər. O, on birinciləri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı. Sonra bu təbrikə direktor müavinləri və UBTR qoşularaq məzunları təbrik etdi və onlara müvəffəqiyyətlər arzuladılar. Məzunların ürəklərindən gələn şeirlər, müxtəlif rəqslər, mahnılar bir – birini əvəz edirdi. Şagirdlər öz həyacan və sevinclərini müəllim və valideynləri ilə bölüşdülər. Məzunları həmçinin öz çıxışları ilə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi , sinif rəhbərləri və ibtidai sinif müəllimləri təbrik edərək gələcək həyatlarında yollarının daim açıq olmasını, uğurlar əldə etmələrini dilədilər. 11-cilər müəllimlərə öz minnətdarlıqlarını bildirərərək onlara gül dəstələri təqdim etdilər. Sonda məzunlara məktəb rəhbərliyi tərəfindən "Məzun" kitabçaları təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi