Maarifləndirici seminar keçirilib

Məlum olduğu kimi,Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il 18 iyun tarixdə "İnsan Hüquqları Günü"kimi qeyd olunur.Hər il olduğu kimi,bu il də "İnsan Hüquqları"aylığı ilə əlaqədar silsilə tədbirlər keçirildi.

Məktəbin fəaliyyət planına uyğun olaraq I-VIII sinif şagirdləri ilə 13 iyun 2022-ci il tarixində 18 İyun-Ümumdünya İnsan Hüquqları günü ilə bağlı məktəbin ibtidai sinif rəhbəri, tarix müəllimi ,psixoloq və tərbiyə işləri üzrə direktor müavini tərəfindən seminar və sinif təşkilat saatı keçirildi. Məqsəd şagirdlərdə insan hüquqları ilə bağlı bilgilərini artırmaq, maarifləndirməkdir. Tədbirdə şagirdlərə insan hüquqları eyni zamanda uşaq hüquqları haqqında geniş məlumat verildi. İnsan haqları bütün insanların eyni haqqa malik olması fikrinə uyğun olaraq belə ifadə olunur: “Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dindən, dildən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş, insan haqlarına və azad olmaq hüququna malikdir. Şagirdlər slaydlarla insan hüquqlarına aid fikirlərini bildirdilər, fikir mübadiləsi etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi