Şagirdlərin dünyagörüşünün formalaşdırılması məqsədilə seminar keçirilib

  Məktəbin akt zalında şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə təbliğat tədbiri keçirildi. Tədbirdə RİH başçısının birinci müavini Vəzir Səfixanov,məktəbin direktoru Elnur Bayramov, Pirallahı rayon Polis şöbəsinin rəisi Cümşüd İsmayılov, Bakı Şəhər Narkoloji Dispanserinin həkimi Aytən Nadirli, Pirallahı Tibb Mərkəzinin həkimi Kəmalə Mustafayeva və məktəb kollektivi iştirak etmişdir. Tədbir iştirakçıları mövzu ilə bağlı məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

   Yığıncağı giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov açaraq bildirdi ki, tədbirin məqsədi ölkədə aparılan anti-narkotik təbliğatın daha da gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin və onun tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə  ətraflı məlumat verməkdən ibarətdir. Ölkəmizdə də bu istiqamətdə mühüm işlər görülmüşdür. Bununla yanaşı, narkomaniyaya qarşı sistemli mübarizəni təmin etmək məqsədilə dövlət başçısının sərəncamları ilə təsdiq olunan narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizəyə dair Dövlət proqramları həyata keçirilmişdir. Bu istiqamətdə fəaliyyətin davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

Sonda Pirallahı Tibb Mərkəzinin həkimi Kəmalə Mustafayeva narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə ciddi fəsadlar vurduğunu bildirərək belə maarifləndirmə tədbirlərinin ümumtəhsil məktəblərində keçirilməsinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
      Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi