Bayramınız mübarək,əziz uşaqlar!

 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.   Biz də bu bayram münasibətilə bütün dünyada yaşayan uşaqları təbrik edir, onlara məşhur mahnıda deyildiyi kimi, aydın səma, parlaq günəş və bol-bol sevinc arzulayırıq. Qoy səhərlərimiz atəş səsləriylə deyil, körpə gülüşləriylə açılsın. Körpə gülüşü dünyanın sevinc himninə çevrilsin!

 Uşaq hüquqlarının təbliği məqsədi ilə iyunun 1-də məktəbin ibtidai sinif şagirdləri ,sinif rəhbərləri və UBTR tərəfindən 1 İyun – Uşaqların müdafiəsi gününə həsr olunmuş  asfalt üzərində rəsm müsabiqəsi keçirilib. Müsabiqəyə ibtidai sinif  şagirdləri qatılmışdılar.

 Şagirdlər biri-birindən maraqlı kompozisiyalar işlədilər 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi