İbtidai siniflər Bakı şəhərində yerləşən Zooparka ekskursiya ediblər

Məktəbin ibtidai sinif müəllimləri II-IV sinif şagirdləri ilə birgə Azərbaycanın faunasına aid olan "Qırmızı Kitab"a düşən heyvanları araşdırmaq üçün Bakı şəhərində yerləşən Zooparka ekskursiya ediblər.

Məqsəd Azərbaycan faunasına aid olan heyvanları tanımaq, öyrənmək, təbiətdə bu heyvanlarla rastlaşdıqda onları məhv etməmək, əksinə qorumaqdır. 

Zooparkda uşaqlar nadir heyvanlarla tanış olublar.  Azərbaycanın zəngin faunasının olması şagirdlərin nəzərinə çatdırılıb. Şagirdlər zooparkda olan heyvanlar haqqında ətraflı məlumatlar əldə ediblər. Rübabə Zeynalova şagirdlərə heyvanların və quşların həyat tərzi və qidalanması ilə bağlı maraqlı məlumatlar verib. Ekskursiya şagirdlərin hafizəsində yaddaqalan xoş xatirəyə çevrilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi