"Mənim ailəm" mövzusunda dəyirmi masa keçirilib

Mayın 12-də " Beynəlxalq Ailə Günü" ilə əlaqədar "Mənim ailəm" mövzusunda dəyirmi masa keçirilmişdir.Tədbirdə məktəbin psixoloqu Əbdülkərim Mustafayev,hərbi rəhbər Xanlar Əskərov və tarix müəllimi Famil Hüseynov çıxış edərək bildirdilər ki, ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynayır. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyərdir.  Buna görə də uşaqların böyüyə hörmət, milli adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunması ailələrin qarşısında duran ən mühüm vəzifələrdəndir, fikirlərini şagidlərin diqqətinə çatdırdılar.
İbtidai sinifdə isə " Beynəlxalq Ailə Günü" ilə əlaqədar " Mənim Ailəm" mövzusunda Rübabə Zeynalovanın təşkilatçılığı ilə  rəsm  müsabiqəsi keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi