"Ailəm və məktəbim"layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 aprel 2022-ci il tarixli F-145 nömrəli əmrinə əsasən "Ailəm və məktəbim"layihəsi çərçivəsində cəmiyyətin təməlini təşkil edən ailələrlə məktəb arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədilə 10 may 2022- ci il tarixində ibtidai siniflərdə təhsli alan şagirdlərin valideynləri övladının təhsil aldığı sinifdə dərs prosesini izləməsi məqsədilə sinfə dəvət olunub.Onlar gün ərzində tədris prosesini izləyib,məktəb ilə daha yaxından tanış olaraq həyata keçirilən layihələr barədə məlumat əldə ediblər.

 Ailə-məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin əxlaqi şüurunun formalaşmasına, bilik və bacarığının inkişaf etdirilməsinə böyük töhfələr verir. Ailə-məktəb münasibətlərinin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən əsas amildir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi