"Azərbaycanın sönməz Günəşi” mövzusunda tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevinin anadan olmasının 99 illik yubileyi münasibətilə məktəbin Tədbirlər Planına müvafiq olaraq mayın 6-da UBTR Zahidə Zabraliyevanın təşkilatçılığı ilə "Azərbaycanın sönməz Günəşi” mövzusunda tədbir keçirilib.

Məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsidir.Tədbirdə məktəbin direktoru Elnur Bayramov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki müstəsna rolu barədə çıxış edib.

Daha sonra şagirdlərin ifasında Ulu Öndərə həsr olunan şeirlərdən parçalar söylənib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib. Həmçinin dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən mahnılar ifa edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi