"Biz nəyi öyrənmışik?” adlı tədbir keçirilib

"Biz nəyi öyrənmışik?” hər bir uşağın həyatında əlamətdar bir hadisədir.

 29.04.2022-ci il tarixində birincilər ibtidai sinif müəllimi Bəyaz Heybətovanın səbri,savadı,tələbkarlığı sayəsində həyatda ən vacib addımlardan birini atdılar. Onlar artıq hərfləri tanıyır və sərbəst yazmağı bilirlər. Bu günkü tədbirimizi giriş sözü ilə açan məktəbin direktoru Elnur Bayramov  birinciləri , valideynləri təbrik etdi və vurğuladı ki,biz birincilərin birinci dəfə səhnədə tamaşaçılar qarşısında çıxışlarının şahidi olduq.Məktəbə yenicə qədəm basmış birincilər böyük inam və sevinclə müəllim və valideynləri qarşısında çıxış etdilər. Bayram çox təntənəli və maraqlı keçdi.  Uşaqlar oxumaq bacarıqları ilə yanaşı, vətənimizin sərvətləri və adət-ənənələrini necə gözəl öyrəndiklərini də nümayiş etdirdilər.  Axı həyatda oxumaqla yanaşı, öyrənməli çox şeylər var.Tədbirdə məktəbimizdə təhsil alan ibtidai siniflər də  iştirak etdilər.  Onlar müxtəlif mahnılar oxuyur, şeirlər söyləyir, rəqs edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi