" Nurlu ömrün böyük salnaməsi – Zərifə xanım Əliyeva "adlı tədbir keçirilib

 28 aprel 2022-ci il tarixdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 99 illik yubileyi ilə əlaqədar  " Nurlu ömrün böyük salnaməsi – Zərifə xanım Əliyeva "adlı  tədbir keçirilib adlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəlalə Şabanova  qayğıkeş insan, böyük ziyalı, gözəl ana kimi xatırlanan, bütöv və hərtərəfli şəxsiyyətində, zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış, möhkəmlətmiş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışıb.

 Tarix müəllimi Famil Hüseynov mənalı ömür yolu, zəngin mənəviyyat sahibi olan Zərifə xanım Əliyevanın xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla, rəğbətlə anılacağını diqqətə çatdırıb.
   Tədbirin bədii hissəsində Zərifə xanım Əliyevanın mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. VII-IX sinif şagirdlərinin  ifasında səslənən akademik Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər onun parlaq obrazını göz önündə canlandırıb və tədbir iştirakçılarına xoş təəsüratlar bağışlayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi