"Zəfər tarixi"adlı konfrans keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə əsasən 26 aprel 2022-ci il tarixində yuxarı sinif şagirdlərinin iştirakı ilə "Zəfər tarixi"adlı konfrans keçirilib. Əvvəlcə konfrans iştirakçıları 44 günlük müharibədə torpaq uğrunda həlak olan şəhidlərimizi 1 dəqiqəlik sükutla yad ediblər. Daha sonra konfransı giriş sözü ilə açan məktəbin tarix müəllimi Famil Hüseynov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır!” şüarı qələbəyə səsləyən rəhbər çağırışı oldu.

Tarix müəllimi Arzu Cahangirova Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın xüsusən də, xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, 44 gün davam edən müharibədə nümayiş etdirdiyi möhtəşəm səfərbərlik, dövlət başçısının sıx birləşməsinin fəxarətindən danışıb.

Daha sonra məktəbin GÇQH rəhbəri Xanlar Əskərov Azərbaycanın 44 günlük müharibə şəraitində qəhrəman olan şəhidlərimiz, qazilərimiz, düşməndən azad olmuş torpaqlarımız haqqında öz təəsüratlarını bölüşüb.Hərbi rəhbər şagirdlərə “hər bir Azərbaycan vətəndaşı torpağını qorumalı, onu gələcək nəsillərə çatdirmalıdır, çünki, sizlər bu torpaqların varislərisiniz” deyə müraciət edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi