"Heydər Əliyev və müstəqilliyimiz” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

 Ümummilli Lider Heydər Əliyevinin anadan olmasının 99 illik yubileyi münasibətilə təsdiq olunmuş Tədbirlər Planına əsasən 25 aprel 2022-ci il tarixində Azərbaycan dili müəllimləri Şəlalə Şabanova,Tükəzban Qurbanovanın təşkilatçılığı ilə "Heydər Əliyev və müstəqilliyimiz” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə V-IX sinif şagirdləri iştirak edərək dahi lider haqqında düşüncələrini ağ kağıza köçürüblər. Şagirdlər yazı prosesində xüsusi fəallıq, bilik və ifadə bacarığı nümayiş etdiriblər.

 Müsabiqənin keçirilməsində məqsəd Ulu öndər Heydər Əliyevin 99 illik yubileyinin qeyd olunması, Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, həmçinin, bacarıqlı və istedadlı şagirdlərin aşkar edilməsidir.

 Müsabiqənin nəticələrinə əsasən I, II, III yerləri tutmuş şagirdlərin məktəb rəhbərliyi tərəfindən mükafatlandırılması nəzərdə tutulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi