Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib

22.04.2022-ci il tarixində məktəbin tərbiyə işləri direktor müavini Tükəzban Qurbanovanın təşkilatçılığı və VII-IX sinif  şagirdləri,sinif rəhbərləri Şəlalə Şabanova,Naidə Əliyevanın iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

 Ekskursiya çərçivəsində şagirdlər  Mərkəzi  ziyarət edib, dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar. Ekskursiya zamanı Şəlalə Şabanova şagirdlərə ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, eyni zamanda Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışıb. Ekskursiya zamanı IX sinif şagirdləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə çıxış ediblər. Sonda şagirdlər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi