" Oxu günü " ilə əlaqədar " Nağıllar aləminə səyahət " adlı tədbir keçirilib

 " Oxu günü " ilə əlaqədar  4-cü sinif şagirdlərinin iştirakı ilə kitabxanada sinif müəllimi Zeynalova Rübabə tərəfindən " Nağıllar aləminə səyahət " başlığı altında tədbir keçirilib.

 Məqsəd şagirdlərdə oxu bacarığının formalaşdırılması , kitaba və kitabxanaya marağın artırılmasıdır.

     Tədbirdə bədii əsərlərin, nağıl və hekayələrin müzakirəsi aparılıb, şagirdlərə mütaliə bacarıqlarının inkişaf etdirilməsi üçün tövsiyyələr verilib.

     Kitabxanaçı Naidə Ağarəhimova şagirdlərə kitabxanada təşkil olunmuş kitab sərgiləri ilə bağlı məlumat verib.

Sonda qeyd edildi ki, “Oxu Günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi