“Uşaqlar arasında Erkən nigah halları və təhsildən yayınma” adlı tədbir keçirilib

      Pirallahı Rayon İcra Hakimiyyətinin, Pirallahı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Uşaqlar arasında Erkən nigah halları və təhsildən yayınma” adlı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev, Pirallahı Rayon Polis Şöbəsinin YYÇ üzrə inspektoru Ramil Cəfərov , məktəbin psixoloqu Əbdülkərim Mustafayev və 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Aygün Ağayeva "Uşaqlar arasında Erkən nigah halları və təhsildən yayınma” mövzusunda çıxış ediblər.

Çıxışlarda narkomaniya və onun fəsadları haqqında şagirdlərə geniş məlumat verilib. Onlara sağlam həyat tərzinin aşılanmasında, zərərli vərdişlərə, narkotikaya qarşı meylin qarşısının alınmasında ümumi təhsil məktəblərinin pedaqoji kollektivləri və xüsusilə də, psixoloqları qarşısında duran mühüm və məsul vəzifələrdən söhbət açılıb. Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyi bildirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi