31 mart Azərbaycanlıların Soyqırımının 104-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

31 mart 2022-ci il tarixində 31 mart Azərbaycanlıların Soyqırımının 104-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, YAP Pirallahı Rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları ,Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Pirallahı Rayon komitəsinin sədri Arzu Cahangirova və məktəblilər iştirak etmişdilər.

İlk öncə soyqırım qurbanlarının və şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elnur Bayramov tədbir iştirakçılarını salamlamış və 1918-ci il 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədildiyini bildirmişdir.

Daha sonra məktəbin tarix müəllimi Famil Hüseynov çıxış edərək XX əsr boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım və deportasiya siyasəti haqqında məlumat vermişdir..

Sonda məktəblilərin təqdimatında 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı kompozisiyalar nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi