"31 mart -Azərbaycanlıların soyqırım günü”nə həsr olunmuş sinif təşkilat saatları keçirilib

Məktəbin illik fəaliyyət planına uyğun olaraq ibtidai sinif müəllimlərinin təşkilatçılığı və I-IV sinif şagirdlərinin iştirakı ilə "31 mart -Azərbaycanlıların soyqırım günü”nə həsr olunmuş sinif təşkilat saatları keçirilib.

Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsidir.

Tədbirdə qeyd olunub ki, azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.Soyqırıma həsr olunmuş videoçarx nümayiş olunub. Şagirdlərin fikirləri dinlənilib, suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi