"Novruz xalq bayramıdır" mövzusunda sinif təşkilat saatı keçirilib.

Xalqımızın əziz, sevimli bayramı olan Novruza həsr olunmuş "Novruz xalq bayramıdır" mövzusunda sinif təşkilat saatı keçirilib.

Tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin təbliği, milli bayramlarımızın qeyd olunması və şagirdlərə aşılanmasıdır.

Tükəzban Vəkilova və Sultan Quliyevanın birgə təşkilatçılığı altında 5a-5b sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, bu bayramın qədim adət-ənənələri bütün rəngarəngliyi ilə qorunub saxlanılır.

Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid şeirlər səsləndirib, slaydalar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi