"Bahar çələngi" adlı ədəbi-bədii kompozisiya keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01mart 2022-ci il F-85 nömrəli əmrinə əsasən "Bahar çələngi" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq , Zahidə Zabraliyeva,Xeyransa Yusibova ,Cahan Məmmədovanın birgə təşkilatçılığı və VIII-XI siniflərinin iştirakı ilə "Bahar çələngi" adlı ədəbi-bədii kompozisiya keçirildi

Tədbirdə qonaq qismində Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Pirallahı Rayon komitəsinin sədri Arzu Cahangirova , 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edən məzunlarımız, Abbaszadə Pərvin və Əhmədov Anar iştirak edirdi.

Məktəbin direktoru Elnur Bayramov tədbiri açıq elan edərək bildirdi ki, xalqımızın qədim və milli bayramı olan Novruz bayramı bütün ölkədə sevinclə qeyd olunur. Ümummilli Liderimiz Heydər Əliyevin bu gözəl bayrama verdiyi önəm, ölkə prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə bayram tədbirlərində iştirakı buna bir daha sübutdur. Novruz bayramı yazın gəlişi, torpağın ayılması, ilin dəyişməsi, canlıların ruhunun təzələnməsidir.

Milli adət-ənənələrlə zəngin Novruz bayramına və baharın gəlişinə həsr olunmuş tədbir şagirdlərin böyük marağına səbəb oldu. Novruz adətlərinin tərənnümü ilə keçən rəngarəng tədbirdə şagirdlər müxtəlif şeirlər, kiçik tamaşalar, musiqilər ifa etdilər, rəqslər nümayiş etdirdilər..

Novruzun rəmzləri Kosa, Keçəl, Bahar qızları şagirdlərə baharın gəlişini elan edərək yazda ağacların tumurcuqlayıb, çiçəkləməsi, torpağın oyanışı kimi də insanların gözəl keyfiyyətləri ilə özlərini oyatmasını, təmiz, səliqəli, intizamlı, nümunəvi şagirdlər olmasını arzu etdilər.

.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi