"Yurdumuza Novruz gəlir" adlı tədbir keçirilib

Martın 15-də məktəbdə ibtidai siniflər üzrə xalqımızın əziz, sevimli bayramı olan Novruza həsr olunmuş "Yurdumuza Novruz gəlir" adlı tədbir keçirilib.

İbtidai sinif müəllimləri Rübabə Zeynalova,Zəburə Əliyeva,Vüsalə Mütəllimova,Bəyaz Heybətova və UBTR Zahidə Zabraliyevanın birgə təşkilatçılığı altında I-IV sinif şagirdlərinin iştirakı ilə baş tutan tədbirdə xeyirxahlıq, dostluq, birlik rəmzi olan bu el bayramının gözəl adət-ənənələri ilə hər zaman çox sevildiyi və layiqincə qorunub yaşadıldığı qeyd olunub.

Tədbirdə milli paltar geyinmiş şagirdlər Novruz bayramı və bahar fəslini tərənnüm edən ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Bayramın atributları olan Kosa, Keçəl, Bahar qızın iştirakı ilə səhnəciklər göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi