"Novruz xalq bayramıdır" mövzusunda sinif təşkilat saatı keçirilib

 

    “Bahar çələngi” tədbirlər planına uyğun olaraq  Səhərbənd Eyyubova və 6-cı sinif şagirdlərinin iştirakı ilə xalqımızın əziz, sevimli bayramı olan Novruza həsr olunmuş "Novruz xalq bayramıdır" mövzusunda sinif təşkilat saatı keçirilib.

       Məqsəd təhsilalanları mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdir.

       Sinif rəhbərləri Səhərbənd  Eyyubovanın  təşkilatçılığı altında baş tutan tədbirdə  xeyirxahlıq, dostluq, birlik rəmzi olan bu el bayramının əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə hər zaman çox sevildiyi, uca tutulduğu və layiqincə qorunub yaşadıldığı qeyd olunub.  Şagirdlərin ifasında milli adət-ənənələrimiz nümayiş olunub. . Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid şeirlər səsləndirib, slaydalar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi