" Qəhrəman atanın qəhrəman oğlu" mövzusunda sinif təşkilat saatı keçirilib

Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri, Azərbaycan ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

  Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı sinif rəhbəri Famil Hüseynov tərəfindən  martın 11-də  sinif təşkilat saatı keçirilib.  Famil Hüseynov bildirdi ki, Əhmədiyyə Cəbrayılov  22 sentyabr, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"lar ilə təltif olunmuşdur.

   Qəhrəman atanın qəhrəman oğlu. Azərbaycanın müharibə şəraitində olduğu bir dövrdə Əhmədiyyə Cəbrayılov və eyni zamanda, onun ailəsində tərbiyə alan Mikayıl Cəbrayılov kimi qəhrəmanların həyatı və mübarizəsi hər bir Azərbaycan gənci üçün nümunə və əzmkarlıq rəmzidir. Bu insanların həyatı, fəaliyyəti həqiqətən də qəhrəmanlıq, vətəndaşlıq nümunəsidir.

VIII sinif şagirdləri həm Əhmədiyyə Cəbrayılov, onun oğlu  şəhid Milli Qəhrəman Mikayıl Cəbrayılov haqqında danışmış, şeirlər ifa etmişlər.

Sonra Əhmədiyyə Cəbrayılova həsr olunmuş qısametrajlı sənədli  film izlənmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi